Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirib. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verib.
Sərgi sentyabrın 15-dək davam edəcək.
Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad (köçəri) dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


