Günəşdə ikinci ən böyük partlayış oldu
"Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb", - deyə məlumatda bildirilib.
Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.
Bundan əlavə, alimlərin sözlərinə görə, sutka ərzində aktiv günəş mərkəzləri yerdəyişmə edib və onların bir hissəsi Günəş-Yer xəttindən 50 dərəcə məsafədə yerləşir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


