Vatsapdan daha bir yenilik
Belə ki, yenilik vatsapın Android üçün 2.25.23.21 nömrəsi altında beta versiyasında müşahidə edilib. Tətbiqin bu versiyasının zəng interfeysində “Zəngi bitir” və “Yenidən zəng et” arasında yerləşən “Səsli mesajı yaz” düyməsi görünür.
Düyməni basdığınız zaman qeyd avtomatik olaraq başlayır, daha sonra buraxılmış zəng bildirişi ilə birlikdə söhbətə göndərilir. Hər iki bildiriş birləşdirilərək istifadəçiyə aralarındakı əlaqəni başa düşməyə imkan verir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


