“Qarabağ” “Ferensvaroş”la oyunda inamlı qələbə qazanıb

      “Qarabağ” “Ferensvaroş”la oyunda inamlı qələbə qazanıb
  20 Avqust 2025    Oxunub:1438
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda "Ferensvaroş"la “Qarabağ” arasında keçirilən ilk oyun başa çatıb.
AzVision.az xəbər verir ki, "Qroupama Arena"da təşkil edilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 29-cu dəqiqədə rəqibin heyətində Barnabaş Varqa açıb. Lakin 50-ci dəqiqədə Marko Yankoviç, 67-ci dəqiqədə Kevin Medina və 85-ci dəqiqədə Musa Qurbanlı fərqlənərək "Qarabağ"a qalibiyyət gətiriblər.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.


AzVision.az



Teqlər:



Xəbər lenti