Premyer Liqada yeni mövsüm heç-heçə ilə başlayıb

Premyer Liqada yeni mövsüm heç-heçə ilə başlayıb
  15 Avqust 2025    Oxunub:786
Futbol üzrə Premyer Liqada 2025/2026-cı illər mövsümünə start verilib.
AzVision.az xəbər verir ki, ilk turun açılış oyununda "Karvan-Yevlax" Şamaxı şəhər stadionunda "Qəbələ"ni qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hər iki qol ikinci hissədə vurulub. “Qəbələ” 54-cü dəqiqədə Domi Massumo ilə hesabı açıb. 78-ci dəqiqədə isə “qırmızı qaralar”ın müdafiəçisi Murad Musayev avtoqol müəllifi olub.

Qeyd edək ki, turun digər oyunları 16, 17 və 19 avqustda reallaşacaq. "Qarabağ” Çempionlar Liqasında yoluna davam etdiyi üçün beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), ilk turda “Sabah”la matçı təxirə salınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti