Konfrans Liqası: “Sabah” mübarizəni dayandırıb

      Konfrans Liqası:    “Sabah” mübarizəni dayandırıb
  14 Avqust 2025    Oxunub:1198
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində cavab oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Bakı klubu “Bank Respublika Arena”da Bolqarıstanın “Levski” kollektivini qəbul edib.

Rəqib ilk görüşdə olduğu kimi, cavab matçında da qalib gəlib (2:0) və adını pley-off mərhələsinə yazdırıb.

Qolları Radoslav Kirilov və Mazir Soula vurublar.

İlk oyunda Sofiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

Qarşılaşmanı ukraynalı baş hakim Mikola Balakin idarə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti