DeepSeek çökdü

DeepSeek çökdü
  11 Avqust 2025    Oxunub:1465
DeepSeek istifadəçiləri neyroşəbəkə ilə bağlı yaranan problemlərdən şikayətləniblər.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Downdetector” analitik platforması məlumat yayıb.

"Xidmət əlçatan deyil. Problem müəyyən edilib və hazırda o həll edilir", - Süni intellektin veb saytındakı məlumatda deyilir.

Analitik platformanın məlumatına görə, istifadəçilər neyroşəbəkənin yüklənmədiyini, saytın ümumiyyətlə işləmədiyini və ya süni intellektin müvəqqəti olaraq əlçatmaz olduğunu yazırlar. Əməliyyatlarda nasazlıqlar barədə məlumatların pik həddi saat 16:00-18:00 arasında qeydə alınıb. Son bir saat ərzində istifadəçilərdən mindən çox sorğu daxil olub. Gün ərzində 3500-dən çox sorğu baş tutub.

Statistikaya görə, nasazlıq həm mobil proqramda, həm də neyroşəbəkənin brauzer versiyasında müşahidə edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti