“Qarabağ”ın Avropa Liqada potensial rəqibləri müəyyənləşib
Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-si və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


