Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı

   Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı
  31 İyul 2025    Oxunub:378
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti