Hanoy Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Hanoy Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq
  29 İyul 2025    Oxunub:463
Vyetnamın Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq.
Bu barədə Azərbaycanda səfərdə olan Hanoy Universitetinin professoru Nguyen Van Çien AMEA prezidenti, akademik İsa Həbibbəyli ilə görüşündə məlumat verib.

O, elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini, qurumun Azərbaycanla Vyetnam arasında elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə diqqət çəkib.

Görüşdə həmçinin AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti