Cəbhə - virtual, hücum - rəqamsal
// Yeni tip informasiya müharibələrinə hazırıqmı?
Bu cür davamlı manipulyasiya cəhdləri artıq peşəkar medianı deyil, “Telegram” kanallarını və sosial şəbəkələri “etibarlı mənbə” statusuna gətirir. Azərbaycana qarşı da son zamanlar bu cür təxribat xarakterli dezinformasiya halları ciddi şəkildə müşahidə olunur.
Çıxış yolu nədir?
1. Bütün onlayn medianı total şəkildə qadağan etmək. Aydındır ki, bu yol nə demokratik baxımdan, nə də praktik cəhətdən bizim üçün məqbuldur.
2. Prosesi nəzarətə götürmək – yəni informasiya axınını idarə etmək, saxta xəbərlərin qarşısını vaxtında almaq və əks-həmlə mexanizmlərini işə salmaq.
Bunun üçün nə lazımdır?
Bir sözlə desək, yeni media ordusu. Bu ordu informasiya ilə çalışmalı, güllə yerinə söz işlətməlidir. Hazırda bu ordunu yetişdirmək zəruridir. Məsələn, Rusiya 2014-cü ildən sonra klassik təbliğat modelindən çıxaraq sosial media platformalarına keçid etdi. Bu gün onlarla “YouTube” və “Telegram” kanalı Rusiya gündəliyini sistemli şəkildə təbliğ edir. Bunu həyata keçirmək üçün bir neçə strateji layihə icra olunub. Onlardan biri “Senej” İdarəetmə Mərkəzində fəaliyyət göstərən “Yeni Media Emalatxanası”dır. Burada davamlı şəkildə blogerlər, jurnalistlər və aktivistlər hazırlanır. Hazır olan şəxslərə isə paralel olaraq digər layihələr çərçivəsində dəstək göstərilir ki, onlar qapalı qruplarda aldıqları tapşırıqları icra edə bilsinlər. Məqsəd aydındır: daxildə ictimai şüuru formalaşdırmaq, xaricdə isə hədəf kütlələrə təsir etməklə onları ya inandırmaq, ya da qorxutmaq.
Biz nə etməliyik?
Azərbaycanda Türkiyədəki AKP, MHP və İYİ Partiyanın siyasi akademiyaları, eləcə də Rusiyadakı Senej modeli nümunə götürülərək dövlət dəstəyi ilə yeni media ordusu layihəsi həyata keçirilməlidir. Misal kimi “Yeni Media Akademiyası” adı ilə xüsusi modul tipli təlim proqramı həyata keçirmək olar. Layihə çərçivəsində təlim keçənlər yekunda bu müxtəlif dillərdə Azərbaycanın informasiya maraqlarını qorumaq gücündə olacaqlar.
Unutmaq olmaz: Artıq müharibələr döyüş meydanlarında deyil, sosial media platformalarında elan edilir. Bu müharibələrin xərci az, psixoloji təsiri isə bir o qədər güclü olur.
Aqil Məmmədov
AzVision.az üçün
Teqlər: Media İnformasiya







Vaxtında, Aydın, Lazımlı!


