DİM: Qəbul imtahanında 12 nəfərin nəticələri ləğv olunub

      DİM:    Qəbul imtahanında 12 nəfərin nəticələri ləğv olunub
  17 İyul 2025    Oxunub:2019
II və III ixtisas qrupları üzrə yulun 6-da keçirilmiş qəbul imtahanında iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.

Qeyd edək ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

AzVision.az




Teqlər:



Xəbər lenti