III MDB oyunlarında 1846 idmançının iştirakı təsdiqlənib

III MDB oyunlarında 1846 idmançının iştirakı təsdiqlənib
  15 İyul 2025    Oxunub:1248
Azərbaycanda keçiriləcək III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata əsasən, MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək.

III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

AzVision.az


Teqlər: MDB-oyunları  



Xəbər lenti