Tələbələrin köçürülməsi prosesi başlayıb

Tələbələrin köçürülməsi prosesi başlayıb
  15 İyul 2025    Oxunub:2133
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzVision.az -a məlumat verilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

AzVision.az


Teqlər: tələbələr  



Xəbər lenti