“Çelsi” vs "PSJ": Dünya çempionu kim olacaq?

   “Çelsi” vs "PSJ":    Dünya çempionu kim olacaq?
  13 İyul 2025    Oxunub:1630
Bu gün futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.
ABŞ-də keçirilən turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında baş tutacaq.

Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalda London təmsilçisi Braziliyanın “Fluminense” kollektivini, Paris klubu isə İspaniya “Real Madrid”ini mübarizədən kənarlaşdırıb.


Teqlər: Futbol  



Xəbər lenti