Bakıda Azərbaycan və Qvadelupun incəsənət xadimlərinin konserti olub

Bakıda Azərbaycan və Qvadelupun incəsənət xadimlərinin konserti olub
  25 İyun 2025    Oxunub:3006
Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə iyunun 25-də “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert keçirilib.
Konsert proqramında Qvadelup ilə Azərbaycan musiqilərinin harmoniyası tamaşaçılara təqdim edilib. Tədbirdə Qvadelupun məşhur Lakou Veranda qrupu çıxış edərək öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edib.

Müstəmləkə əsarətində saxladığı xalqların mədəniyyətlərini sistemli şəkildə boğmaq siyasətini davam etdirən Fransa koloniyaları “fransızlaşdıraraq”, yerli xalqların milli kimliklərini zəiflətməyə çalışır. Bu kontekstdə paytaxtımız Bakı şəhərində Qvadelupun mədəni irsi ilə Azərbaycan mədəniyyətinin harmoniyasını birləşdirəcək unikal təşəbbüsün həyata keçirilməsi və mədəni həmrəyliyin gücləndirilməsi müstəmləkəçiliyə qarşı mübarizənin həm də mədəni platformada davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

AzVision.az



Teqlər:



Xəbər lenti