Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb
  14 İyun 2025    Oxunub:1645
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 25 sm, Həkəriçayda 6 sm, Oxçuçay və Bərgüşadçayda isə 3 sm artım qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a məlumat verilib ki, transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 267 m3/san olmaqla normanın 45%-ni təşkil edir.

AzVision.az


Teqlər: çaylar  



Xəbər lenti