Tailandda fil mağazanı “qarət” edib - VİDEO

   Tailandda fil mağazanı “qarət” edib    - VİDEO
  03 İyun 2025    Oxunub:3068
Tailandda mağazaya girən fil rəflərdəki ərzaqları yeyib.
AzVision.az xəbər verir ki, “South China Morning Post” nəşri belə məlumat yayıb.

“Tailandda yerli sakinlərin Play Bianq Lek kimi tanıdığı nəhəng filin mağazaya girdiyini, tavana söykəndiyini, bir neçə qutu düyü krekerini yediyini və sakitcə bayıra çıxdığını əks etdirən videonun yayılmasından sonra bu hadisəni günün-günorta çağı “qarət” adlandırıblar”, - materialda deyilir.

Hadisə Kxao Yay Milli Parkına bitişik olan Naxonratçasima əyalətinin Pakçonq rayonundakı mağazada baş verib. Burada vəhşi fillərin qida axtarışı üçün qorunan əraziləri tərk etdiyinə tez-tez rast gəlinir.

Play Bianq Lek yaşayış məntəqələrinə tez-tez basqınlar etdiyi üçün Kxao Yay bölgəsində bədnam bir fiqur olub. Başqa bir məşhur videoda onun Naxon Ratçasimadakı restoranın mətbəxinə basqın etdiyi görünür.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tailand   fil   mağaza  



Xəbər lenti