Rusiya və Türkiyə Qəzza zolağında atəşkəsin vacibliyini vurğulayıb

Rusiya və Türkiyə Qəzza zolağında atəşkəsin vacibliyini vurğulayıb
  25 Aprel 2025    Oxunub:322
İstanbulda Rusiya və Türkiyə nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmələr zamanı tərəflər Qəzza zolağında atəşkəsin vacibliyi vurğulayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məsləhətləşmələrdə Rusiya tərəfini Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyə tərəfini isə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib.

Ətraflı müzakirə zamanı əsas diqqət Suriyada və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafına yönəldilib. Bəyanatda həmçinin Qəzza zolağında atəşkəsin tezliklə baş tutması zəruriliyi dilə gətirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti