Azərkosmos kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

   Azərkosmos kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb
  25 Aprel 2025    Oxunub:321
Azərkosmos və Özbəkistanın “Stars International University” arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandum iki ölkə arasında təhsil, elmi tədqiqat və kosmik sahənin inkişafı istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı artırmaq məqsədini daşıyır.
AzVision.az xəbər verir ki, anlaşma Memorandumu, həmçinin kosmik sahədə təcrübə və bilik mübadiləsi, İKT sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişafını təmin etmək üçün imzalanıb. Bu razılaşma çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdə tutulur.





Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

* Təhsil üzrə əməkdaşlıq və kadr hazırlığı: Kosmik və İKT sahələrində yüksək ixtisaslı kadrların hazırlanması və təhsil sahəsində birgə təşəbbüslərin inkişafı.

* Elmi tədqiqat və akademik əməkdaşlıq: Elmi tədqiqatların aparılması və yeni akademik layihələrin həyata keçirilməsi.

* Universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə: Təhsil sahəsində yeni rəqəmsal texnologiyalar və platformaların istifadəsi

* Azerkosmosun təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi: Azərkosmosun təcrübə və biliklərini Özbəkistana gətirərək yerli tələblərə uyğun təlim və məsləhət xidmətlərinin təmin edilməsi.

* Telekommunikasiya, Yerin müşahidəsi xidmətləri və teleport infrastrukturundan istifadə: Kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı.

Qeyd edək ki, imzalanma mərasimi Azərkosmosun ev sahibliyi ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub. STC zamanı Azərkosmos 10-a yaxın Anlaşma Memorandumu imzalayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti