Alimlər yeni rəng tapıblar

Tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub və onun müəlliflərindən biri, Kaliforniya Universitetinin professoru Ren Enq kəşfi “təəsüratlı” adlandırıb.
Professor “BBC” nəşrinə müsahibəsində “olo”un real dünyada görə biləcəyiniz hər şeydən daha dolğun rəng kimi qiymətləndirib.
“Təsəvvür edin ki, bütün həyatınız boyu yalnız çəhrayı, körpə çəhrayı, kölgəli çəhrayı rəng görürdünüz. Amma bir gün ofisə girirsən və indiyə qədər gördüyün kimsə ən parlaq çəhrayı paltar geyinib və deyirlər ki, bu yeni rəngdir və qırmızı adlanır”, - Ren Enq bildirib.
Tədqiqatda iştirak edən beş könüllünün - dörd kişi və bir qadın hamısı normal rəng görmə qabiliyyətinə malikdir. Onlardan üçü, o cümlədən professor Enq, elmi nəşrin həmmüəllifləridir.
Təcrübə zamanı müşahidə olunan rəngi təsdiqləmək üçün hər bir iştirakçı rəng çarxını çalar “olo”ya uyğun gələnə qədər tənzimləyib.
Lakin bəzi ekspertlər yeni rəngin mövcudluğunun “mübahisəli məsələ” olduğunu iddia edirlər. Onların fikrincə, yeni qəbul edilən rəng “təfsir məsələsi” dir. Tədqiqatda iştirak etməyən “London City St George” Universitetinin vizual qavrama üzrə mütəxəssisi, professor Con Barbur qeyd edib ki, yeni rəngin kəşfi hələ də mübahisəlidir.
Yeri gəlmişkən, professor Enq özü də texniki cəhətdən “olo”nu görməyin həqiqətən çox çətin olduğunu etiraf edib. Bununla belə o, komandanın daltonikllər və müəyyən rəngləri ayırd etməkdə çətinlik çəkən insanlar üçün bunun nə demək olduğunu başa düşmək üçün nəticələri öyrənməyə davam etdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az