Uşaq İncəsənət Festivalında birinci seçim turu başlayır

Aprelin 21-dən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq. Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.
Seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə keçiriləcək.
Uşaq İncəsənət Festival yalnız yarışma deyil, həm də gənclərin istedadının kəşf olunduğu, onlara dəstək verildiyi və yaradıcılığın təşviq edildiyi bir platformadır.
"UİF-2025" mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ən böyük sənət layihəsi kimi ölkə üzrə on minlərlə uşağı bir araya gətirir. Festival, eyni zamanda, incəsənətin uşaq dünyasındakı müsbət təsirini ön plana çıxarır.
Seçim turlarının keçiriləcəyi dəqiq tarix və məkanlar barədə məlumatları www.uif.az portalında qeydiyyat kodunuzu və ya şəxsiyyət vəsiqəsinin fin nömrəsini yazaraq öyrənə bilərsiniz
. AzVision.az
Teqlər: