Mədəniyyət Nazirliyi ilə ADA Universiteti əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi ilə ADA Universiteti əməkdaşlıq edəcək
  17 Aprel 2025    Oxunub:1887
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ADA Universiteti arasında “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənədi ADA Universitetinin rektoru professor Hafiz Paşayev və mədəniyyət naziri Adil Kərimli imzalayıblar.

Memorandum ADA Universiteti ilə “Yaradıcı Mərkəz” arasında nəzəri və təcrübi biliklərin artırılması sahəsində əməkdaşlığı ehtiva edir.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti