Putinin mətbuat konfransı təxirə salındı- (VİDEOXƏBƏR)
Onun sözlərinə görə, Putin Rusiyanın Türkiyədə qətlə yetiriliən səfiri Andrey Karlovun dəfni ilə əlaqədar mərasimdə iştirak edəcək: `Dekabrın 22-də Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andery Karlov dəfn ediləcək. Həmin mərasimdə prezident Vladimir Putin də iştirak edəcək. Bu səbəbdən böyük mətbuat konfransının vaxtı dekabrın 23-nə keçirilib`.
Qeyd edək ki, mətbuat konfransı dekabrın 22-də keçiriləcəkdi.
Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq.
Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


