Prezident FIFA U-15 Dünya Çempionatı ilə bağlı Sərəncam imzaladı

   Prezident FIFA U-15 Dünya Çempionatı ilə bağlı  Sərəncam  imzaladı
  27 İyul 2026    Oxunub:343
Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamın mətni Prezidentin rəsmi saytında dərc olunub.

Sənədə əsasən, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında FIFA U-15 World Cup and Festivalın 2026-cı il 22–31 oktyabr tarixlərində Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

Sərəncamda qeyd olunur ki, idman tarixində ilk dəfə təşkil ediləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkənin beynəlxalq idman nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və mötəbər yarışların təşkili sahəsində təcrübəsinin zənginləşməsinə töhfə verəcək.

Sərəncama əsasən, turnirin Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 2027-ci ildə keçiriləcək 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatı ilə bağlı yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


Teqlər:






Xəbər lenti