Müharibə neçəyədir: Müqayisəli rəqəmlər

   Müharibə neçəyədir:    Müqayisəli rəqəmlər
  12 Mart 2026    Oxunub:3075
İranla müharibənin ilk 6 günü ABŞ-yə $11,3 milyarda başa gəlib. Təkcə ilk iki gündə $5,6 milyard məbləğində silah və sursat sərf olunub.
Müqayisə üçün deyək ki, Rusiya ilə müharibənin bir günü Ukraynaya $172 milyona başa gəlir. Belə çıxır ki, ABŞ-İran müharibəsinin 1 günü maliyyə baxımından Ukrayna-Rusiya müharibəsinin 10-11 gününə bərabərdir. 6 gündə xərclənən $11,3 milyard Ukraynaya iki ay müharibə aparmaq üçün bəs edərdi.

Bu fonda ABŞ-nin yaxın zamanlarda bütün diqqətini Yaxın Şərqdəki münaqişəyə yönəldəcəyi gözlənilir. Bu da Ukraynanın daha az sursat alması ilə nəticələnəcək. “Politico” yazır ki, Yaxın Şərqdəki münaqişə bəzi silah sistemlərinin qiymətlərinin ikiqat bahalaşmasına səbəb olub.

Bir müddət öncə “Bloomberg” agentliyi Yaxın Şərq münaqişəsində ABŞ-nin “Patriot” raketlərindən aktiv istifadə etməsi səbəbindən Ukraynanın hava hücumundan müdafiə sisteminin zəifləyəcəyini bildirmişdi. Nəşrin məlumatına görə, ABŞ və müttəfiqləri İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri mindən çox “Patriot" raketindən istifadə ediblər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İran   ABŞ   Müharibə  



Xəbər lenti