Gəncədə böyük miqdarda heroin tutulub
Saxlanılan şəxs narkotik maddələri sosial mediada tanış olduğu İran vətəndaşı vasitəsilə aldığını və onları Gəncədəki müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını deyib. Hazırda əcnəbinin şəxsiyyəti müəyyənləşdirilir.
DİN-in məlumatında bildirilir ki, Adil Adilovun çantasında tapılan heroin qara bazarda 1,6 milyon manat dəyərində qiymətləndirilir. Məsələ ilə bağlı Gəncə Baş Polis İdarəsi tərəfindən cinayət işi açılıb. Məhkəmə Adil Adilovun barəsində həbs qətimkan tədbiri seçib. İstintaq tədbirləri davam edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


