Amerika və Çin təyyarələrinin təhlükəli görüşü

Amerika və Çin təyyarələrinin təhlükəli görüşü
  20 Fevral 2026    Oxunub:1614
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Sarı dəniz üzərində Çin qırıcı təyyarələri ilə qısa müddətə yaxınlaşıblar.
AzVision.az bildirir ki, mənbələrə istinad edən “Rönhan” agentliyinin məlumatına görə, hadisə fevralın 18-də baş verib.

Hərbi mənbələrin dediyinə gğsə, ABŞ-nin Cənubi Koreyadakı Qüvvələrinə (USFK) məxsus bir neçə F-16 qırıcı təyyarəsi Seuldan təxminən 60 kilometr cənubda yerləşən Pxentxekdəki Osan aviabazasından havaya qalxaraq Sarı dənizdəki beynəlxalq sular üzərindən uçub.

“Təyyarələr Cənubi Koreya və Çinin müvafiq hava hücumundan müdafiə zonaları arasındakı ərazidə uçublar ki, bu da Çin ordusunu hadisə yerinə qırıcı-tutucu təyyarələr göndərməyə vadar edib. Toqquşma baş verməyib”, - agentlik yazır.

Mənbə bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri təlim uçuşu başlamazdan əvvəl Cənubi Koreyanı öz planı barədə məlumatlandırıb, lakin görünür, təlimin məqsədi də daxil olmaqla, təfərrüatlaraı açıqlamayıb.

- Təlimlər Vaşinqtonun Çin təhdidlərinə qarşı mübarizəyə diqqəti artırması ilə bağlı ABŞ ordusunun rolunu yenidən nəzərdən keçirmək niyyətində olduğuna dair siqnallar fonunda keçirilir”, - agentlik vurğulayır.

Cənubi Koreyanın Müdafiə Nazirliyi və ABŞ-nin bu ölkədəki hərbi qüvvələrinin komandanlığı hadisə ilə bağlı əlavə məlumat verməyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Çin   təyyarələr  



Xəbər lenti