ABŞ səfirliyi viza məsələsinə aydınlıq gətirib

   ABŞ səfirliyi viza məsələsinə aydınlıq gətirib
  15 Yanvar 2026    Oxunub:1195
"Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik".
AzVision.az xəbər verir ki, bu ifadələr ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatında vurğulanıb:

"Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız miqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-miqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-miqrant viza müraciətlərinin qəbulu davam edir".

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün miqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.

AzVision.az


Teqlər: ABŞ   viza   Azərbaycan  



Xəbər lenti