Çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub

Çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub
  10 Yanvar 2026    Oxunub:1849
Balakən Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub.

Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

AzVision.az


Teqlər: DİN   Balakən   reyd  



Xəbər lenti