Qazaxda yanacaq daşıyan maşın yanıb, ölən var

Qazaxda yanacaq daşıyan maşın yanıb, ölən var
  07 Yanvar 2026    Oxunub:1235
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti