Quantanamo miqrantlar üçün

   Quantanamo miqrantlar üçün
  17 Dekabr 2025    Oxunub:954
Amerika Birləşmiş Ştatları Kubadakı Quantanamo bazasında yerləşən qanunsuz immiqrantların saxlanma mərkəzindən yenidən istifadə etməyə başlayıb.
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb. Qeyd olunub ki, hazırda burada 22 kubalı immiqrant saxlanılır.

Kompleks oktyabrın ortalarından etibarən boş olub. ABŞ həmin vaxt 18 nəfəri Salvador və Qvatemalaya deportasiya etdikdən sonra mərkəzin fəaliyyəti dayandırılmışdı. Ayın sonunda isə “Melissa” qasırğasının yaxınlaşması səbəbindən bazanın personalı təxliyə olunmuşdu.

Ümumilikdə, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti Quantanamo ərazisində yaradılmış miqrantların saxlanma mərkəzində indiyədək təxminən 730 nəfəri saxlayıb. Onların əksəriyyəti Salvador, Qvatemala və Venesuela da daxil olmaqla Latın Amerikası ölkələrindən ABŞ-a gələn şəxslər olub.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu dəfələrlə bəyan edib. O, sərt immiqrasiya siyasətinin tərəfdarı kimi çıxış edib və andiçmə mərasimindən sonra ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət elan olunması barədə sərəncam imzalayıb. Prezident Tramp ABŞ tarixində qanunsuz immiqrantlara qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti