Ukrayna ilə ABŞ arasında növbəti danışıqlar yenidən Mayamidə keçiriləcək
Zelenski bildirib ki, özü bu danışıqlarda iştirak etməyəcək.
“ABŞ-də Ukrayna ilə bağlı danışıqlar nümayəndə heyətləri səviyyəsində keçiriləcək. Düşünürəm ki, bu, yaxın günlərdə — ola bilsin həftəsonu, ya da bir qədər sonra baş verəcək”, — deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, görüşdə təhlükəsizlik təminatları, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 maddəsi müzakirə olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


