“Hökumət dekabrın 15-də bir nəfərə satıla bilən silahların sayına yenidən baxılması imkanlarını müzakirə etmək üçün toplanacaq və daimi silah lisenziyasının mümkün ləğvi məsələsini qaldıracaq”, - Avstraliyanın baş naziri açıqlayıb.
|
| Sidney qətliamını ata və oğul törədiblər | VİDEO |
Hazırda Avstraliyada mərkəzləşdirilmiş silah qeydiyyatı sistemi yoxdur və hər şey ayrı-ayrı ştatların qanunvericiliyindən asılıdır.
Xatırladqaq ki, dekabrın 14-də yəhudilərin Hanuka bayramının qeyd olunduğu tədbir zamanı silahlı şəxslər Sidneyin Bondi çimərliyi ərazisində insanlara atəş açıb.
Açıqlanan məlumatlara görə, silahlı şəxslərdən biri güllələnib, ikincisinə isə tibbi yardım göstərilib. Üçüncü hücumçu polisə təslim olub. Hadisə terror aktı kimi qiymətləndirilir. Hücum zamanı çimərlikdə ən azı 1000 adam olub.
16 insanın ölümünə, 40 nəfərin isə yaralanmasına səbəb olan terror aktının ata və oğul tərəfindən törədildiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


