Zelenski: “Bu şərtlə NATO-dan imtina edə bilərik”

      Zelenski:    “Bu şərtlə NATO-dan imtina edə bilərik”
  15 Dekabr 2025    Oxunub:1311
ABŞ və Avropanın təhlükəsizlik zəmanəti müqabilində Ukrayna NATO-ya üzv olmaq istəyindən əl çəkməyə hazırdır.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Kiyev əvvəldən Şimali Atlantika Alyansına qoşulmaq niyyətində idi, lakin ABŞ və Avropadan olan “bəzi tərəfdaşlar” bu ideyanı dəstəkləmədilər.

“Beləliklə, bu gün Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik təminatları, NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər, ABŞ və avropalı həmkarları, eləcə də digər ölkələr - Kanada, Yaponiya - Rusiyanın yeni işğalının qarşısını almaq üçün bir fürsətdir. Bu, artıq bizim tərəfimizdən bir gzəştdir. Amma təhlükəsizlik təminatları hüquqi qüvvəyə malik olmalıdır”, - Zelenski Amerika nümayəndə heyəti ilə Berlində görüşdən əvvəl bildirib.

Uitkoff: “Berlində irəliləyiş əldə olunub”
Xatırladaq ki, Ukrayna lideri ilə 5 saatdan çox davam edən danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uittkoff sülh planı ilə bağlı “əhəmiyyətli irəliləyiş” olduğunu açıqlayıb.

Bununla belə, Zelenski danışıqlardan əvvəl qeyd sənəddən hamının razı qalmayacağını açıqlamışdı.

- Planın bu və ya digər variantında çoxlu güzəştlər var”, - siyasətçi vurğulayıb.

“The New York Times (NYT)” nəşrinin, öz növbəsində, yazdığına görə, Kiyev Rusiya prezidenti Vladimir Putinin tələb etdiyi kimi Donbasın zəbt olunmamış hissəsindən qoşunları çıxarmaqdan və Rusiyaya təhvil verməkdən imtina edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   NATO   şərt  



Xəbər lenti