Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Qeyd edək ki, ötən həftəsonu Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə, Tailand sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itirib, 120-dən çox insanı yaralayıb. Öz növbəsində Kamboca hakimiyyəti 11 nəfərin öldüyünü və 74-nün yaralandığını bildirib. Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərinin təxminən 400.000 sakini təxliyə edilib, 300.000-dən çox şəxs isə Kambocadakı evlərini tərk etmək məcburiyyətində qalıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


