Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb

Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
  13 Avqust 2025    Oxunub:1211
Ağdərə rayonunun Suqovuşan kəndində dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə AzVision.az -a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bundan başqa, Qubadlı rayonunun Qayalı kəndində açıq sahədə baş vermiş yanğın da ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


AzVision.az


Teqlər:



Xəbər lenti