Türkiyə Suriyadakı hadisələrə reaksiya verib

   Türkiyə Suriyadakı hadisələrə reaksiya verib
  01 May 2025    Oxunub:592
Ankara Suriya cəmiyyətindəki bütün qrupların barışıq və dinc yanaşı yaşamasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bunu Türkiyə Xarici İşlər nazirliyinin nümayəndəsi Öncü Keçeli Suriyanın cənubundakı vəziyyəti şərh edərkən burada sabitlik yaratmaq üçün İsrailin ölkənin birliyini və ərazi bütövlüyünü qorumaq səylərinə mane olan hava hücumlarını dayandırması zərurətini vurğulayıb.

Diplomatın sözlərinə görə, Türkiyə Suriyanın cənubundakı zorakılığın rəsmi Dəməşqlə yerli qruplar arasında dialoq və ağlabatan qarşılıqlı fəaliyyət yolu ilə dayandırıla biləcəyinə ümid edir.

Öncül Keçəli son hadisələrə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunacağına əminliyini ifadə edib.

“Suriya üçün bu kritik zamanda beynəlxalq ictimaiyyət, xüsusilə də region ölkələri sosial uzlaşmaya yönəlmiş addımları dəstəkləməklə ölkədə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verməlidir”, - diplomat Ankaranın rəsmi mövqeyini açıqlayıb.

Bu bəyanatlar fonunda Türkiyədəki mənbələrə istinad edən “Reuters” agentliyi Ankaranın Suriyanın mərkəzi hökumətini sarsıdan və ya onun suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradan hər hansı planı rədd etdiyini yazır.

Druzların lideri Suriyada xarici qoşunlar görmək istəyir
Nəşr qeyd edir ki, Ankara Suriya kürdlərinin ölkənin mərkəzsizləşdirilməsi tələblərinə təhlükə kimi baxır. Türkiyə mənbələri Suriyada belə tələblərin “boş xəyaldan başqa bir şey olmadığını” söyləyən prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini sitat gətiriblər.

- Ankara Suriyanın ərazi bütövlüyünə qarşı yönəlmiş, onun suverenliyinə xələl gətirən və ya Suriyanın mərkəzi hökumətinə daxil olmayan şəxslərə silah təhvil verilməsinə imkan yaradan heç bir təşəbbüsü qəbul etmir. Suriyadakı silahlılarla mübarizə üçün Türkiyə Dəməşqə “lazımi məkanı” verib”, – Türkiyə XİN-dəki mənbə deyib.

Yeri gəlmişkən, Ankara bundan əvvəl ehtiyatlandığı halların reallaşacağı təqdirdə hərbi əməliyyatların aparılacağı barədə xəbərdarlıq etmişdi. Türkiyənin Müdafiə nazirliyindəki mənbə bildirib ki, kürd muxtariyyəti tələbləri Suriyanın suverenliyinə və regional sabitliyə zərər verə bilər.

Ankara həmçinin Qərbin Suriyaya qarşı tətbiq etdiyi bütün sanksiyaların tamamilə aradan qaldırılmasını və ölkənin şimal-şərqində yerləşən ABŞ qoşunlarının çıxarılmasını istəyir.

Xatırladaq ki, aprelin 30-na keçən gecə əsasən druzların məskunlaşdığı Dəməşq əyalətindəki Sahnay yaşayış məntəqəsində hökumət qüvvələri ilə druzlar arasında silahlı toqquşmalar yaşanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Suriya  





Xəbər lenti