ABŞ və Kiyev bu gün saziş imzalaya bilər

   ABŞ və Kiyev bu gün saziş imzalaya bilər
  30 Aprel 2025    Oxunub:347
Ukrayna təbii ehtiyatlara dair ABŞ ilə saziş imzalamağa hazırdır. Bu sənəd Kiyevi dəstəkləyəməklə iqtisadi tərəfdaşlığı gücləndirəcək.
AzVision.az xəbər verir ki, vəziyyətlə tanış olan mənbəyə istinad edən “Bloomberg” agentliyi sazişin imzalanmasının artıq bu gün baş tuta biləcəyini yazır. Bunun üçün Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko Vaşinqtona səfər edir.

“Müqavilə Ukraynada investisiya layihələrinin idarə edilməsi üçün birgə fondun yaradılmasını nəzərdə tutur. Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmaq planlarını nəzərə alaraq, ABŞ və Ukrayna dağ-mədən, enerji və texnologiya sahələrinə sərmayə yatırılmasını dəstəkləyəcəklər. Vaşinqton yalnız sənəd imzalandıqdan sonra gələcək hərbi yardımın fonda hesablanacağı və əvvəllər verilmiş milyardlarla dolları nəzərə almaqdan imtina edəcəyi ilə razılaşıb”, - məlumatda vurğulanır.

Sənəd Rusiyanın işğalı nəticəsində yaranan dağıntılardan sonra Ukraynanın uzunmüddətli bərpası və modernləşdirilməsi üçün strateji tərəfdaşlığı gücləndirir. Bununla belə, fondun işi ilə bağlı iki texniki sənəd hələ yekunlaşdırılmayıb.

Eyni zamanda imzalanmanın ABŞ prezidenti Donald Trampın artıq dördüncü ildir ki, müharibənin bitməsi prosesində ləngimələrdən getdikcə daha çox məyus olduğu bir vaxta təsadüf edir. Tramp səlahiyyət müddətinin ilk 100 günündə həyata keçirmək istədiyi sülh planına Vladimir Putinin hazır olduğuna şübhə edir. Ağ Ev Trampın kritik minerallarla bağlı sövdələşmənin imzalanacağına inandığını təsdiqləyib.

Xatırladaq ki, aprelin əvvəlində tərəflər saişin detalları ətrafında müzakirə aparmağı davam etdirmək barədə niyyət memorandumu imzalayıblar. Müqavilə ABŞ-yə Vaşinqtonun nəzarəti altındakı investisiya fonduna daxil olan mənfəətlə bağlı birinci prioritet hüququ verəcək. Lakin Ukrayna prezidenti Volodimir Zelenski ilə Tramp arasında mübahisələr səbəbindən razılığa gəlmək cəhdi uğursuzluğa düçar olub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Ukrayna   saziş  





Xəbər lenti