Vətənlərinə qayıdan suriyalıların sayı açıqlanıb - VİDEO

   Vətənlərinə qayıdan suriyalıların sayı açıqlanıb -    VİDEO
  01 May 2025    Oxunub:589
Suriyada 2024-cü ilin 8 dekabrında müxalif qüvvələr tərəfindən 24 illik Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində həmin vaxtdan indiyədək 1,4 milyon məcburi köçkün suriyalı öz evlərinə qayıdıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının "X"də yaydığı bəyanatında məlumat verilib.

Agentlik, eyni zamanda, dünya ictimaiyyətini öz vətənlərinə qayıtmış suriyalıların həyat şəraitini yaxşılaşdırmaq naminə dəstək göstərməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   Suriya   məcburi-köçkünlər   qayıdış  





Xəbər lenti