Ukrayna Rusiyanın hərbi zavodunu yandırıb - VİDEO

   Ukrayna Rusiyanın hərbi zavodunu yandırıb  - VİDEO
  30 Aprel 2025    Oxunub:366
Gecə pilotsuz təyyarənin hücumundan sonra Rusiya Silahlı Qüvvələri üçün sursatların işə salınması və alışdırılması üçün vasitələr istehsal edən Murom cihazqayırma zavodu (MCZ) yanıb.
AzVision.az xəbər verir ki, aprelin 30-na keçən gecə Vladimir vilayətinin Murom şəhərinə PUA hücumu anının videosu müşahidə kameralarına düşüb. Kadrlarda partlayışlardan birinin yerli vaxtla saat 03:11-də baş verdiyi əks olunub.

Vilayətin qubernatoru daha əvvəl hücuma məruz qalan müəssisənin adını çəkmədən anbarlarda yanğının baş verdiyi barədə məlumat açıqlayaraq, daha sonra yanğının PUA hücumu nəticəsində baş verdiyini təsdiqləmişdi. Yerli sakinlərin dediyinə görə, şəhərdə “barıt zavodu” kimi də tanınan MCZ-yə olub.

Rusiya Fövqəladə Hallar nazirliyindəki mənbələr zavodun nəzarət-buraxılış məntəqəsinin, habelə istehsal olunan məhsulların saxlanıldığı anbarlardan birinni yandığını deyiblər. Qubernatorun daha əvvəl bildirdiyi kimi, yanğının sahəsi 720 kvadratmetrdir, lakin o, hücuma məruz qalan müəssisənin adını açıqlamayıb. Yerli sakinlər hazırda zavodun ərazisində nəqliyyatın hərəkətinin dayandırıldığını söyləyiblər.

Rusiyanın “Milli Müdafiə” jurnalı 2020-ci ildə 1941-ci ildə əsası qoyulmuş açıq səhmdar cəmiyyəti olan MCZ-nin “Silahlı Qüvvələrin, Daxili İşlər nazirliyi, FTX və digər təhlükəsizlik orqanlarının bütün bölmələri üçün sursatların işə salınması və alışdırılması cihazlarının əsas istehsalçılarından biri” olduğunu yazmışdı.

“Müəssisənin istehsal etdiyi pirotexniki məmulatların geniş çeşidi aviasiya, dəniz və quru texnikasında, həmçinin kosmosda, o cümlədən pilotlu komplekslərdə xilasetmə texnikasının işə salınması üçün nəzərdə tutulub. MPZ ASC-nin istehsal etdiyi xüsusi məhsulların əsas müştəriləri Müdafiə və Daxili İşlər nazirlikləri, Federal Təhlükəsizlik Xidməti (FTX), Fövqəladə Hallar nazirliyi, “Rosatom” dövlət korporasiyası, “Roskosmos” Federal Kosmik Agentliyi və yüzlərlə müdafiə sənayesi müəssisəsidir”, - həmin materialda bildirilirdi.

Elə həmin il müəssisənin rəhbəri mediaya müsahibəsində MCZ-nin “alışdırıcı-karsul”ların Rusiyada ən böyük istehsalçısı olduğunu açıqalmışdı. “Rostex” dövlət korporasiyasının “Texmaş” konserninin bir hissəsi olan zavod 2023-cü ildən Ukrayna və Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zavod  





Xəbər lenti