"Rusiya-Ukrayna danışıqları tezliklə başlaya bilər"

   "Rusiya-Ukrayna danışıqları tezliklə başlaya bilər"
  01 May 2025    Oxunub:459
"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofla görüşündə təsdiqləyib ki, Moskva Kiyevlə ilkin şərt qoyulmadan danışıqlara hazırdır".
Bu sözləri Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O diqqətə çatdırıb ki, Vladimir Putinin bəyanı fonunda Rusiya və Ukrayna arasında müharibənin həlli üzrə danışıqlar çox tezliklə başlaya bilər.

"Əlbəttə, bu məqamda Kiyev də ciddi səy göstərməlidir", - o vurğulayıb.
Putin Ukraynada atəşkəs əmri verdi

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Ukraynada hərbi əməliyyatların may ayında üç gün müddətinə dayandırılması ilə əlaqədar əmr verib. Beləliklə, 8-9-10 may günlərində Rusiya Silahlı Qüvvələri Ukraynada bütün hərbi əməliyyatlar dayandıracaq. Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanın bu təklifinə cavabən söyləyib ki, atəşkəs rejimi "dərhal, qeyd-şərtsiz və azı 30 gün" yerinə yetirilməlidir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   atəşkəs   danışıqlar  





Xəbər lenti