Azərbaycan Türkiyə ilə aqrar sığortanın təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan Türkiyə ilə aqrar sığortanın təkmilləşdirilməsini müzakirə edib
  30 Aprel 2025    Oxunub:337
Azərbaycan və Türkiyə arasında aqrar sığorta sisteminin təkmilləşdirilməsi müzakirə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib, bu ölkənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davut Menteş, eləcə də rəhbər şəxsləri ilə görüşüb.

Azərbaycanh nümayəndə heyətinin növbəti görüşləri isə Türkiyə aqrar sığorta qurumu olan TARSİM və aqrar sığorta sistemində fəal iştirak edən müvafiq sığorta təşkilatlarının, eləcə də Türkiyə Sığorta Birliyinin və “T-Rupt” şirkətinin rəhbər heyəti ilə keçirilib.

Görüşlər zamanı aqrar sığorta sisteminin təkmilləşdirilməsi, aqrar sığorta məhsullarına çıxış imkanlarının artırılması və aqrar risklərin idarə olunmasında daha innovativ metodların tətbiqi müzakirə olunub. V.Qurbanov aqrar sığorta sahəsində Türkiyə təcrübəsinin ətraflı öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Tərəflər arasında sığorta fəaliyyəti sahəsində aktual olan bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti