DMX rəisi vətəndaş qəbulu keçirib

DMX rəisi vətəndaş qəbulu keçirib
  30 Aprel 2025    Oxunub:247
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaş qəbulu keçirib.
Bu barədə AzVision.az -a Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Dövlət Xidmətinin rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həllinə dair tapşırıqlar verib.

Qeyd edək ki, qəbul prosesində həmçinin dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində qalibi Şahlar Məmmədov da iştirak edib. Müsabiqə qalibinin xüsusi hazırlanmış proqram çərçivəsində silsilə tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər:





Xəbər lenti