Skayp fəaliyyətini dayandırır

Skayp fəaliyyətini dayandırır
  01 May 2025    Oxunub:710
2003-cü ildən fəaliyyət göstərən Skayp platforması fəaliyyətini dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə “Maykrosoft” şirkəti məlumat yayıb.

Bildirilir ki, 5 may tarixində Skayp platformasının fəaliyyəti rəsmi olaraq dayandırılacaq. Şirkət daha əvvəl bu dəyişikliyi may ayında həyata keçirəcəyini elan etmişdi. İstifadəçi hesabları avtomatik olaraq “Maykrosoft Teams” xidmətinə köçürüləcək.

“Skaypdan 5 may tarixinədək istifadə etməyə davam edə bilərsiniz”, – deyə “Maykrosoft”un texniki dəstək bölməsinin saytında qeyd olunub.

Qeyd edək ki, sözü gedən platforma 2011-ci ildə “Maykrosoft” tərəfindən satın alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti