Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

   Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
  15 Yanvar 2026    Oxunub:1392
“2025-ci ildə pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub. Pensiya xərcləri 7.1 milyard manat məbləğində təyin olunub”.
DSMF sədri hesabat verib
AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

"Orta pensiya orta aylıq əməkhaqqının 49.9 faizini, yaşa görə isə 53.2 faizini təskil edib. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyyə etdiyi 40-60 faizlik mütənasibliyə tam uyğundur", - deyə o, qeyd edib.


AzVision.az


Teqlər:   DSMF  



Xəbər lenti