Tramp: “Özümə 1 milyardlıq təzminat təyin edə bilərəm”

     Tramp:    “Özümə 1 milyardlıq təzminat təyin edə bilərəm”
  20 Dekabr 2025    Oxunub:1543
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) Florida ştatında yerləşən Mar-a-Laqo şəxsi iqamətgahında apardığı axtarışla bağlı ABŞ hökuməti adından özünə 1 milyard dollar məbləğində təzminat təyin edə biləcəyini söyləyib.
AzVision.az xəbər verir ki, Amerika lideri dekabrın 19-da Roki-Maunt şəhərində (Şimali Karolina ştatı) çıxışı zamanı belə deyib.

“Bilirsiniz, mən məhkəmə iddiası qaldırmışam və işi uduram. Yeganə problem bundadır ki, onu məhz mən özüm tənzimləməliyəm. Başqa sözlə, iddianı qaldırıram və onu yenə də özüm həll etməliyəm. Ola bilsin, özümə 1 milyard dollar ayırım və hamısını xeyriyyə fondlarına verim. Məntiqli səslənir, elə deyilmi?”, - Tramp vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə   təzminat  



Xəbər lenti