“Avroviziya”nın qalibindən protest

   “Avroviziya”nın qalibindən protest
  12 Dekabr 2025    Oxunub:1275
2024 “Avroviziya” mahnı müsabiqəsinin qalibi isveçrəli müğənni Nemo İsrailin 2026-cı il müsabiqəsinə qatılmasına etiraz olaraq mükafat kubokundan imtina edib.
AzVision.az xəbər verir ki, Nemo bununla bağlı öz “İnstagram” səhifəsində məlumat yayıb.

“Keçən il “Avroviziya”da qalib gəldim və buna görə kubok aldım. Mən bu yarışma ilə əlaqəli cəmiyyətə hədsiz minnətdar olsam da, bu gün bu kubokun mənim rəfimdə olmasını məqbu saymıram”, - müğənni yazıb.

Onun sözlərinə görə, “BMT-nin müstəqil beynəlxalq təhqiqat komissiyasının rəyinə əsasən, ölkədə soyqırım baş verdiyi bir vaxtda” , İsrailin müsabiqədə iştirakı müsabiqənin “hamı üçün birlik, əhatəlilik və ləyaqət” kimi idealları ilə Avropa Yayım Birliyinin (AYB) qərarları arasında açıq-aşkar ziddiyyət nəzərə çarpır.

Xatırladaq ki, AYB daha əvvəl İsraili tədbirdən kənarlaşdırmamaq qərarına gəlib. Bu qərardan sonra Hollandiyanın “NOS”, İrlandiyanın “RTE” və İspaniyanın “RTVE” şirkətləri “Avroviziya” 2026-nın yayımından imtina etdiklərini açıqlayıblar.

Avstriyanın “OE24” telekanalı Sloveniyanın müsabiqənin boykotuna qoşulduğunu, Belçika və Portuqaliyanın da öz nümayəndələrini Vyanaya göndərib-göndərməməyi müzakirə etdiyini bildirib. İslandiya da 2026-cı il müsabiqəsinə təmsilçi göndərməmək qərarına gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avroviziya   İsrail   protest  



Xəbər lenti