Aİ Ukraynaya 2,3 milyard avroluq yeni maliyyə yardımını təsdiqlədi
Qərar Kiyevin növbəti tranş üçün tələb olunan səkkiz şərti, həmçinin əvvəlki tranşlardan biri üzrə əlavə tələbi yerinə yetirməsindən sonra qəbul edilib.
“Politico”nun dekabrın 11-də yaydığı məlumata əsasən, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair ümumi razılıq əldə olunmazsa, bəzi üzv dövlətlərin Ukraynaya könüllü şəkildə birbaşa maliyyə ayırması variantını müzakirə edirlər. Bu modeldə Almaniya, Skandinaviya və Baltikyanı ölkələrin iştirakının daha real olduğu bildirilir. Bununla belə, diplomatik mənbələr bu yanaşmanın Aİ daxilində həmrəylik prinsipinə zərbə vurmaq riski daşıdığını qeyd edirlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


