Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Bakıda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar
  11 Oktyabr 2025    Oxunub:1389
Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Cəlilabad rayon sakini polisə müraciət edərək naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini bildirib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E. Hüseynov saxlanılıb.

Həmçinin Bakının Xəzər və Qaradağ rayonlarında iki nəfərin bank kartından oğurluq edilib. Rayon sakinləri polisə müraciət edərək kartlarından pul vəsaitlərinin talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri çərçivəsində cinayət əməli törətməkdə şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov saxlanılıblar.

Binəqədi və Qaradağ rayonlarında isə ümumi dəyəri 700 manat olan iki ədəd velosiped oğurlanıb. Paytaxt sakinlərinin ərazi polis orqanlarına etdikləri müraciət əsasında keçirilən tədbirlərlə oğurluqlarda şübhəli bilinən 48 yaşlı Ü.Qəhrəmanov və əvvəllər məhkum olunmuş 36 yaşlı F.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər: DİN   saxlanmalar  



Xəbər lenti